Lerik rayonu Mistan kəndi, Talış dağları

ölkə

Mistan dağı – Lerik rayonunun Mistan kəndi yaxınlığında yerləşir. Silsilənin ən yüksək nöqtəsi Dızdilıq zirvəsidir. Yükəskliyi 2328 metrdir.
Lerik rayonu, Mistan kəndində yerləşən Mistan dağı, bölgənin turistik potensialını çox artırır. Həm yerli turist qrupları, həm də xaricdən gəlmiş turistlər aktiv formada bura təbiət yürüşləri edirlər. Dağın xüsusiliyi isə, İranın ən gözəl dağlarından biri olan Savalan dağına açılan mənzərəsidir. Turizmin artması isə, kənd əhalisinin kənddə qalmaqları və gəlir yeri əldə etməkləri üçün böyük potensialdır. Hansı ki, gələn turistlərə bələdçi,yemək, çay,atlarla yüklərin daşınması kimi xidmətlər təklif edirlər və buda yeni gəlir yerləri yaradır. Amma , kəndin yolunun yaxşı olmaması bura turistlərin gəlməyini çətinləşdirir. Asfalt yolun çəkilməsi buranın imkanlarını daha da artıra bilər. Biz həmçinin bura deyil,burdan öncə Qubanın Qırızdəhnə və Qrız kəndlərini birləşdirən qədim Eh yolu ilə də yürüş etmişdik ki, yürüşün sonunda Gur-Gur şəlaləsinə də getmişdik, həmçinin eyni yol problemi eyni ilə Qrız kəndində də qalır. Ümidvarıq ki, tezliklə bu problemlər aradan qalxar və kənd əhalisinin öz yerlərindən köçmək yerinə,daha uzun müddətdə irslərinin və tarixlərinin qorunması təmin olunar .MuasirMedia.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir