Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, memar Yusif İbrahimli bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin siyahısında 6 mindən artıq tarixi abidə var.
Onlardan 65-i dünya əhəmiyyətlidir. Qədim Bakının özü də tarixi abidələrlə zəngindir. Bakı şəhərində tarixi və memarlıq abidələrinin qorunması və bərpası məsələsinə toxunan mütəxəssis xatırlatdı ki, Füzuli küçəsinin genişləndirilib abadlaşdırılması ilə əlaqədar 18 min ton ağırlığında bina Azərbaycanda ilk dəfə olaraq sürüşdürmə üsulu ilə 11 metrədək arxaya çəkilib.
Bu isə dövlətimizin tarixi abidələrə olan diqqətindən irəli gəlir. MM.az