Məktəb direktorları özlərini ağa sayırlar

Təhsil

  Müasir cəmiyyətdə məktəb uşaqların təhsil almaq hüquqlarını təmin etməkdə əsas rol oynayır. O həm də uşaqların təlim və tərbiyəsi ilə məşğul olur. Məktəblərdə təhsil və tərbiyə cəmiyyətin iqtisadi və mədəni inkişafından asılıdır. Məktəblərdə mövcud olan problemlər islahatlarla həll olunur. Məktəbdə nizam-intizam, qayda-qanun və tərbiyə əsas amillərdəndir.
Birinci direktor özü etik qaydalara riayət eləməyib
.
Kütləvi surətdə müəllimlərin gözü qarşısında, şagirdlərin gözü qarşısında kobud davranıbsa, kobud sözlər deyibsə,  müəlliməyə əl qaldırıbsa bu, artıq onun həmin vəzifəyə təsədüf gəlib düşdüyünü göstərir. Çox təəssüf ki, bizdə belə hallar həddindən artıq çoxdur. Təhsili öldürən budur ki, inzibati işlərə pedaqoqlar deyil, kiminsə tanışlığı ilə, tapşırığı ilə gələnlər olur. Direktorun qeyri-etik işlətdiyi sözlər təsdiqini taparsa, ən azı intizam qaydasında mütləq cəzalanmalıdır. Özü də hesab edirəm ki, çox ciddi cəzalanmalıdır. Çünki çox təəssüf ki, direktorlar bəzən özlərini məktəbin ağası kimi aparırlar. Ona görə də bunu preventiv tədbir kimi nazirlik etməlidir, bax, direktorlar özlərini belə aparmamalıdırlar, hamısına dərs olmalıdır ki, gələcəkdə belə hərəkətlərə yol verilməsin”.MM.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir