“Lotu Hikmət” kimdir?

Kriminal
“Lotu Hikmət” kimdir? 1956-ci il noyabrin 3-də Sabirabadin Kırkənd kəndində anadan olub. 1974-ci ildə Xalq Təsərrüfatı institutunda təhsil alarkən Baki şəhər Prokurorluğunun müstənqinin oğlu ilə dalaşıb və ilk məhkumlugunu yaşayıb.3- il azadlığdan məhrumedilmə cəzasına məhkum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Kolonyasında və Xələc düşərgəsində çəkib. 1981-ci ildə yenidən həbs olunub.Sabirabadda xod gedənlərdən birini biinsaflığına, fağırı incitdiyinə görə cəzalandirdığından 7 il müddətində azadlığdan məhrum edilib. Rostov düşərgəsində “Mixail” “Kotovski” , “Kolya”, “Lebed”lə tanış olub və ən qatı “otritsalovka”lardan birinə çevrilib. 3 nəfər oğru “ponyatkalı” dustaq kirnizi zonu “qara”ya çeviriblər.Bununla barışmayan düşərgə rəhbərliyi onu dörd dəfə ardıcıl olaraq on beş sutkalık karserlə cəzalandırıb. Dördüdə cəzalanma müddətində aclıq aksiyasına başlayıb və düşərgədəki bütün dustaqların ona qoşulması işinin üstünə 3 il əlavə olunması ilə nəticələnib. “Böyük Qardaş” ləqəbi ilə Novoзerkassk qapalı türməsinə göndərilib. Leninqradın “Kresti” kazamatnında və “Vorkuta” zonlarında cəza зəkib. 1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb. 2001-ci ildə cibindən narkotik vasitə heroin tapılıb və 8 il azadlicdan məhrum edilib. Bir il 3 aydan sonra əməlində cinayət tərkibi tapılmadığından qapısı açılıb. İttifaqda sayilib-seçilən klassik “VOR” lardan biri olub. “Lotu Bəxtiyar”, “Yetim Hüseyn”, “Donbalan Tofik”, “Malış”, “Söhbət, “Viktor Yulyeviç Nikiforov”, “Kalina”,”Otari Kvantrşvili-Paşa”, “Sirul”, “Slavnik”, “Ded Olim” və sair. qanuni oğrularla dostluq edib.”XX əsrin ən məşhur oğrulari” kitabında 169-cu sirada(əlifbaya uyğun)yer alıb. Basilava Bəxtiyarın etibar və etimadını qazanan insanlardan biri olub. Şok qətl Moskvadakı azərbaycanlı kriminal aləmin liderlərindən biri “Lotu Hikmət”, yəni Hikmət Muxtarov qətlə yetiriləndə yerli kriminalitet şoka düşmüşdi. H.Muxtarovun günün gunorta çağı gəllələnə biləcəyini kimsə düşünməzdi. Hələ 2003-cü ildə Rusiyanın paytaxtında daha iki məşhur azərbaycanlı lotu güllələnsə də, Hikmətə əl qaldırılacağı ağla gətirilmirdi. Səbəb sadə idi: Hikmət Muxtarov Rusiyanın kriminalitetində çox böyük nufuza malik olmaqla bahəm, Moskvadakı azərbaycanlılar arasında adla tanınan şəxslərdən biri idi. O, yanına yardım və kömək üçün gedənləri əliboş qaytarmayan adam kimi məşhurlaşmışdı. Buna görə də Moskvanın Leninqrad şossesi, 12 ünvanda yerləşən yaşayış evinin həyətində baş vermiş qətllə bağlı suallara hələ də cavab tapılmayıb. Qətl yeri dəqiq seçilmişdi Axşam saat 20.30-da həmin həyətdə Hikmət Muxtarov güllələndi. Qatillər yeri dəqiq seçmişdilər. Belə ki, Lotu Hikmət qətlindən əvvəl bir neşə dəfə həmin həyətdə olmuşdu və deyilənlərə görə, orada görüşlər keçirir, nufuzlu şəxslərlə müzakirələr aparıbmış. Binadakı ofis də Lotu Hikmətin hamiliyindəki şirkətlərdən birinin idi: Həmin məkan icarəyə götürülmişdi. Hikmət ofisdən çıxaraq binanın yanında saxlanmış “Mercedess-500” markalı avtomobilinə oturarkən qəflətən avtomobilə tərəf qaçaraq gələn iki şəxs “Kalaşnikov” avtomatı və tapançalardan atəş açır. Hikmət Muxtarov gülləbaranda başından və sinəsindən yaralar alır, elə oradaca keçinir. Onun mühafizəçisi Bayram Talıbov təcili yardımla xəstəxanaya aparılarkən dünyasını dəyişir, sürücü Mürvət Xəlilov isə sinəsindən ağır yaralanır. Qatillər AKSU avtomatı və tapançanı ataraq qaçmışdılar. Milis silahları gülləbaran yeridən 230 metr aralıda, binanın döngəsində tapdı. Müşahidə kameraları əvvəldən sındırılmışdı Moskva Şəhər Daxili İşlər İdarəsinin əməkdaşları ilə söhbətləşdikdə onlar qətiyyətlə deyirlər ki, cinayətin çox ciddi şəkildə hazırlandığına şübhə etmirlər. “Moskvada belə sifarişli qətllər az olur, зünki öldürülən tanınan adam, güllələnməni sifariş edənlərsə o insanın tərəfdarlarının intiqamını gözə alıb hərəkət edənlərdi. Buna görə də Hikmət Muxtarovun məşiət münaqişəsi və ya kommersiya maraqlarının toqquşması nəticəsində güllələnməsi versiyalarını dərhal yetərsiz saydıq. Rusiya kriminal aləminin “ağır çəkili adam”larından biri sayılan Muxtarovu qətlə yetirməyə hazırlaşanlar hətta onu güllələyəndən sonra hadisə yerini tərk edəcəkləri marşrutla bağlı işlər də aparmışdılar. Killerlər qaçacaqları həyətlərdəki müşahidə kameralarından 5-ni sıradan çıxarmışdılar. Blokların qarşısına quraşdırılmış bu kameralar cinayət zamanı çalışmayıb”, – milis polkovniki Vitali Qriqoryev əməkdaşımıza söylədi. İki killer, iki qətl Moskvanın Şimal Dairəsinin prokurorluğu da H.Muxtarovun çox ciddi şəkildə hazırlanmış sifarişli qətl nəticəsində öldürüldüyünə şübhə etmirdi. Və onlar haqlı idilər. “Lotu” Hikmətin güllələnməsi hələ 2003-cü ildə Moskvada törədilmiş iki sifarişli qətllə bilavasitə bağlıdır. Həmin ilin martında iki naməlum şəxs Kutuzov prospektindəki “Take” suşi-barına yaxınlaşmış, içəri girməmiş, elə vitrinin o üzündən atəş aзaraq masa arxasında oturanları güllələmişdilər. Həmin peşəkar qatillər sonradan Rusiyanın kütləvi informasiya vasitələrində yanlış olaraq “Otar Batalov” kimi qələmə verilən Lotu Ömərlə (Ömər Bədəlov) iki çeçen “oğru”nu – “Artek” ləqəbli Artik Doçiyev və”Muslim” ləqəbli Muslim Xasanovu öldürmüşdülər. Həmin axşam o masanın arxasında əyləşmiş “Lotu Rafis”, yəni Mütaris Hacızadə isə ağır yaralanmışdı. İki ay keçdi, “Peşera” gecə klubunda “Lotu Seymur”, yəni Mirseymur Abdullayev güllələndi. İki killer onunla dostu İlyas Babayevi elə klubun zalında qətlə yetirdilər. Hər iki cinayətdə iki killer vardı. Və hər iki qətldə də killerlərdən biri AKSU, digəri isə TT tapançasından istifadə etmişdi. Moskvanın “yeraltı aləmi”i, habelə hüquq-mühafizə orqanlarındakı mənbələrimizin fikrincə, bəhs etdiyimiz qətllər Rusiya paytaxtındakı 6 iri ticarət kompleksi və 8 iri bazar üzərində kimin hamilik edəcəyi ilə bağlı qarşıdurmanın məntiqi nəticəsi idi. Qarşıdurma ilk mərhələlərdə “razborka”lar səviyyəsində idi və “avtoritet”lərin öz aralarında danışıb çözüm tapacağına güman vardı. Körüklənən toqquşma Bir tərəfdə çeçen, digər tərəfdə də azərbaycanlıların qruplaşmaları. Onları toqquşduranlar isə həmişəki kimi, yerlilərlə ermənilər idi. Artıq dəqiq sübut olunub ki, bazar və ticarət komplekslərinə “nəzarət”, yəni həmin obyektlərdən pul almaq, reket, saxta sənədlərlə çox iri həcmlərdə mal satışı və s. kimi əməliyyatları gerçəkləşdirmək təki yağlı kökəni bölüşdürə bilməyən çeçenlərlə azərbaycanlıları toqquşduran əsas qüvvə Mixail Qurtsev (“Mixey”), Andrey Konstantinov (“Andre”), Maksim Şovtsev (“Maks”), Ruslan Kibçenko (“Rusıy”), Pavel Serov (“Serıy”) kimi oğrularla yanaşı, Moskvadakı erməni mütəşəkkil cinayətkar qruplaşmaların liderlərlərindən Nerses Movsisyan (“Moyşe”), Qurgen Kotancyan (“Qrişa”), Andranik Tatevosyan (“Зyornıy”), Tiqran Ohanesyan (“Tiqr”) və “Doktor” ləqəbli Karo Dəmirçyan idi. Bunu Rusiya paytaxtındakı aysor qruplaşmaların liderlərindən biri, ən nüfuzlu “oğru”lardan biri hesab edilən “Ded Arsen” ləqəbli Arsen Nodayanın yaxın “köməkçi”lərindən biri hesab edilən və “Lomşik” kimi tanınan şəxs əməkdaşımıza deyib: “Çeçenlərlə azərbaycanlılar arasında heç vaxt problem yoxdu. Əslində, olmayacaqdı da. Onların hərəsinin öz işi, öz yeri, öz məkanı vardı. Amma birdən elə bil dəli oldular: kimsə araya söz buraxdı ki, azərbaycanlılar çeçenləri sıxışdırıb çıxarmaq, onları zəiflətmək, avtomobil və narkotika alverini tam ələ keçirmək, sonra da onları “əzmək” niyyətinə düşüblər. Azərbycanlılara isə tam tərsini, çeçenlərin onlara qarşı genişmiqyaslı hücum hazırladıqlarını söyləmişdilər. Bunu mənə inandığım adamlar dedi. Dalaşmağa hazırlaşanları sakitləşdirməyə çalışdıq, amma alınmadı”. İki qardaş xalqın kriminal da olsa, təmsilçilərinin toqquşmasının Moskvadakı oğru dünyasına da yaxşı heç nə vəd etmədiyini, bəlirlənmiş mizan-tərəzini dağıdacağını anlayan rus “oğru”lar və tanınmış “lotu”ların ən üzdə olanları vasitəçilik etməyə, körüklənmiş hissləri sakitləşdirməyə, tarıma çəkilmiş əsəbləri yatırmağa çalışdılar. “Yaponçik”, “Mixas”, “Ded Mişa” – bu ləqəblərin özü belə, postsovet məkanı ölkələrinin istənilən birində tanınan adlardı. Həmin adamlar 5 ay ərzində 8 dəfə vasitəçilik etdilər, azərbaycanlı və çeçen qruplaşmaların liderlərini biri araya gətirərək problemi danışıqlar masası arxasında həll etməyə çalışdılar. Alınmadı. Qanlı xəbərdarlıq qurbanları Hikmət Muxtarovun qətli həm də Rusiya paytaxtında iri biznesə malik azərbaycanlılara xəbərdarlıqdı. Zira Lotu Hikmətin qətlə yetirildiyi “Mercedes” rəsmi sənədlərə görə “Crocus İnternational” holdinqinin təsisçilərindən biri Rail Rzayevə məxsusdu. Həmin holdinqə isə “Tvoy Dom” hipermarketləri, “Crocus City Mall” ticarət kompleksi, zinyət və dəbdəbə, habelə bahalı geyim butikləri, çox bahalı ayaqqabı dükanları, sərgi mərkəzləri və tikinti şirkətləri daxildir. Maraqlıdı… «Yaponçik» Hikmətin dəfn mərasiminə niyə qatılmayıb? “Lotu Hikmət” və “Sabirabadlı Hikmət” kimi ad çıxarmış Hikmət Muxtarovun qətli həmin vaxt Azərbaycanda ən mühüm siyasi, iqtisadi və sosial məsələləri kölgədə qoymuşdu: onun göllələnməsi xəbəri gələndə doğulduğu Sabirabad rayonunda bütün toylar təxirə salındı, insanlar yasa büründü. Avtoritetin nəşi hətta Milli Məclis üzvü Pənah Hüseynovun iştirak etdiyi çox böyük bir izdihamla qarşılandı və Kürkənddə dəfn edildi. Lotu Hikmətin dəfn mərasimində Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Moldova, İsveçrə, Gürcüstan – bir sözlə, 14 ölkədən gəlmiş “oğru”lar iştirak etmişdilər. Dəfnə qatılan şəxslər sırasında Rusiyada kifayət qədər nüfuza malik “Knyaz” ləqəbli “qanuni oğru” da vardı. Hüzn mərasimində Bərdə, Hacıqabul və Gəncədən “qanuni oğrular” da iştirak ediblər. Hətta Rusiyada cinayətkar aləmin imperatoru sayılan “Yaponçik” dəfndə iştirak etmək üçün Bakıya gəlsə də, burada DİN və MTN-nin xəbərdarlıqlarından sonra mərasimə qatılmamışdı. Üstəlik “Yaponçik” Bakıda olarkən ona Moskvadan təcili ismarıc göndərilmişdi. “Mixas” bildirmişdi: “Mərasimə qatılman burada ermənilərlə münasibətlərimizi çox korlaya bilər. Ehtiyatlı davran və nə edəcəyini düşün”. “Yaponçik” də belə xəbərdarlıqdan sonra fikrindən vaz keçmiş, axşam saatlarında təyyarəyə bilet alaraq Bakını təcili tərk etmişdi. «Lotu» Hikmətin yerinə namizədlər öldürüldü! Hikmətin güllələnməsindən iki il sonra onun yerinə əsas namizəd sayılan və “Lotu Çingiz” kimi tanınan Çingiz Axundov evinin qarşısında qanına qəltan edildi. Bir qədər də keçdi, Lotu Çingizin sağ əli olan Lotu Zülfüqar (Zülfüqar Babayev) qəflətən yoxa çıxdı. Lotunun “itkin düşməsi”ndən 2 həftə keçdi və Bakıda, metronun “Əzizbəyov” stansiyasının yaxınlığında yeni tikilmiş körpüdən asılmış kişi meyiti aşkarlandı. Asılmış adamın əlləri və ayaqları kəndirlə bağlanmış vəziyyətdə olub. Boğazına bağlanmış kəndirin bir ucu isə yeni tikilən körpünün armaturlarına bağlanıb. Meyitin üzərində xəsarət izləri də aşkar olundu və bəlli oldu ki, asılmazdan əvvəl onu vəhşicəsinə döyüblər. Sonra isə əl-qolunu bağlayaraq, Siciliya mafiya qaydalarına uyğun şəkildə boğazına ilgək salıb, körpüdən aşağı atıblar. Cəzalandırılan adam Quba rayonunun Bağbanlı kənd sakini, kriminal aləmdə tanınmış isimlərdən olan Zülfüqar Babayev idi. Lotu Çingiz və Lotu Zülfüqarın qətllərin arxasında kimlər dururdu? Onun Lotu Hikmətin qətlinin sifarişçilərindən biri olduğu iddia edilən çeçen HÜseyn Əhmədov və ya “Kor HÜseyn” ləqəbli “oğru”nun qəzəbinə gəldiyi güman olunur. hər halda digər çeçen “oğru, Rusiyanın ən məşhur “vor”larından biri çeçen Ramzan Abduraçakovun yaxın ətrafından belə xəbər sızmışdı.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir