Salyanda 67 yaşlı kişi itkin düşüb, Kür çayında boğulduğu ehtimal edilir

Hadisə

Salyanda 67 yaşlı kişi itkin düşüb, Kür çayında boğulduğu ehtimal edilir.
Hadisə rayonun Babazanlı yaşayış massivində qeydə alınıb. Belə ki, massiv sakini, 1957-ci il təvəllüdlü Ələkbərov Hüseyn İsrafil oğlu dörd gün öncə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun Kür çayına düşdüyü ehtimal olunur.Bu gün səhər saatlarından etibarən aidiyyəti qurumlar tərəfindən Kür çayında axtarış başlayıb. Hazırda onun tapılması istiqamətində tədbirlər görülür.  MM.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir