Azərbycanın dahi satirik şairi Mirzə Ələkbər Sabir Şamaxıda yaşayıb yaratsa da, onun sabun bişirib satdığı tiyanlardan biri 1 əsrdən çoxdur ki, adını daşıdığı Sabirabadda saxlanılır.
Tiyan Sabirabada nə vaxt və necə gətirilib? Güman ki, çoxadam bundan xəbərsizdir. Çuqundan hazırlanmış tiyanın çəkisi 150 kiloqramdan çoxdur.Vaxtıilə dahi satirik şairimiz Mirzə Ələkbər Sabir məhz bu tiyanlarda sabun bişirib. Bununla da təkcə öz ailəsinə deyil, xalqına, millətinə xidmət edib.Görkəmli şairimiz Mirzə Ələkbər Sabir sovet ədəbiyyatı kitablarında yazıldığı kimi heç də kasıb olmayıb. Və kasıbçılıqdan bu tiyanlarda da sabun bişirməyib. Bir müddət sabun bişirib satmaqla məşğul olan Sabirin satirik şeirlərinə görə, düşmənləri əhaliyə kafirdən sabun almağı qadağan edirlər. Bundan sonra sabunun alınmadığını görən Mirzə Ələkbər sabun bişirib satmaqdan əl çəkir. Sabun bişirdiyi tiyanlarından birini isə atasının adını daşıyan qardaşıoğlu Hacı Zeynalabdinə yadigar verir.Erməni qırğını zamanı Hacı Zeynalabdin də ailəsi ilə birlikdə Petropavlovkaya-indiki Sabirabad rayonuna köçməli olur.. M.Ə. Sabirin qohumu, filoloq Səidə Hüseynova deyir ki, “mən uşaqlıqdan bu həyətə gəlib getmişəm və tiyanın biri bizdə idi biri də bu həyətdə idi. Rayonumuzun ən yaxşı əşyası kimi qoruyub saxlayırıq” Ulu Sabirdən qalma bu tiayn artıq 1 əsrdən çoxdur ki, Sabirabad şəhər Heydər Həmidov küçəsi 8 ünvanında yaşayan Tahirzadələr ailəsində əmanaət kimi qorunur. Qorunur ki, gələcək nəsillərə ərməğan olsun…

MuasirMedia.az
Yaqub Mehdioğlu Sabirabad