Sabirabad rayonun bir çox kəndlərində bankomat və ödəmə terminalları hələ də quraşdırılmayıb.
Buna səbəb nədir? Suala cavab tapmaq üçün əməkdaşlarımız sözügedən ünvanda oldular. İnformasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Hazırda ölkəmizin ən ucqar kəndlərində belə bankomatlara və ödəmə terminallarına rast gəlmək olur. Amma Sabirabadın Hacıbəbir, Qardaşkənd, Çöl Beşdəli, Nəsimikənd və bir çox kəndlərində nə bankomat aparatlarına, nədə ki, ödəmə terminallarına rast gəlmək olur. Sakinlər komunal ödənişlər etmək üçün, hər hansı bir müvainat almaq üçün uzun məsafəni qət etməli olurlar. Bu da onlara əlavə xərc hesabına başa gəlir. Hətda bankomat olan ərazilərə getdikləri zaman növbədə də dayanmalı olduqlarını söyləyirlər. Sakinlərin dediyinə görə bu kəndlərə bankomat və ödəmə terminallarının quraşdırılmasından ötəri aidiyatı qrumdan nümayəndələr ərazidə olublar və burada sözügedən avadanlıqların quraşdırılmasına münasib yerin olmasını da söyləyiblər. Lakin kəndin yollarının bərbad olmasını deyərək bu istiqamətdə heç bir müsbət addım atmayıblar.
MuasirMedia.az Yaqub Mehtioğlu Salyan