Aytən Məmmədovu öldürən şəxs tutuldu: Görün kim imiş – VİDEO

Kriminal

Mingəçevirdə 37 yaşlı qadının qətlinin bəzi təfərrüatı məlum olub.

 

Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü Aytən Sərvan qızı Məmmədova münaqişə zəminində bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib.
Onu qətlə yetirməkdə şübhəli bilinən isə mərhumun keçmiş həyat yoldaşıdır.

 

Qeyd edək ki, onların iki övladı var və hadisədə şübhəli bilinən şəxs öncələr məhkumluq həyatı yaşayıb.

 

Artıq cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Ceyhun Ömər oğlu Mirzəyev saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

MM.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir