Cəlilabadda qaz idarəsinə məxsus nəqliyyat vasitəsi yol idarəsinə məxsus traktorun qoşqusuna çırpılıb.
Qəzada 3 nəfər xəsarət alıb. Cəlilabad rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Qaz idarəsinə məxsus nəqliyyat vasitəsi hərəkətdə olarkən yol idarəsinə məxsus traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində 3 nəfər, Astara rayon sakinləri Ramin İmanverdiyev, Abbas Qədirov və Cəlilabad rayon Uzuntəpə kənd sakini Aydın Paşayev xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına aparılıblar. İlkin ehtimala görə qəzaya, qaz idarəsinə məxsus olan nəqliyyat vasitəsinin əyləcindəki nasazlıq səbəb olub. Onu da qeyd edək ki, qəza nəticəsində nəqliyyat vasitəsində yanğın baş verib və qısa zamanda yanğının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılb.
Rövşən Bəhrəmzadə Cəlilabad
