Salyan rayonunda paxlalılar fəslinə aid müxtəlif növ yetişdirilən ağaclar var ki, onlar şəhərin bəzəyinə çevrilib. Onlardan biri də keçi buynuzu ağacıdır.
Bu ağacın çox böyük müalicəvi əhəmiyyətidə var. Payız fəslində yetişən keçi buynuzu ağacı Salyanda daha çox küçələrin kənarında əkilib. Ötən əsrin əvvəllərində şəhərin mərkəzində qrunt suları çox olub.Qrunt sularının qarşısını almaq məqsədilə rayonda əkilən ağaclardan biri də keçi buynuzu ağacı olub. Müxtəlif növdə olan keçi buynuzundan biri isə ötən əsrin iyirminci illərin ortalarında Amerikadan Salyana gətrilib. Hündürlüyü 5 metrdən 15 metrə qədər olan ağac payız aylarında 50 – 100 kloqram arasında bar gətirir. Paxlalılar fəsiləsinə aid olan keçi buynuzu ağacı el arasında bal ağacı adlanır.Bir vaxtlar yerli sakinlər bu bitkidən daha çox istifadə ediblər.Rayon sakinləri deyir ki, ikinci dünya müharibəsi illərində Kür çayının balıqları ilə yanaşı həm də bu ağacın meyvələri yerli sakinləri aclıqdan xilas edib. Mütəxəsislərin fikrincə keçi buynuzunun çox böyük müalicəvi əhəmiyyəti var.Belə ki, keçi buynuzunun meyvələrində asma, alergiya, xərçəng və digər xəstəliklərə qarşı istifadə olunur. Keçi buynuzu əsasən Aralıq dənizi sahillərində, Misir, Türk, Kipr, Yunanstan, İspaniya, Portuqaliya, Siciliya adası və Maltada, eləcə də Amerika Birləşmiş Ştatlarınının Koliforniya ştatında bitir.

MuasirMedia.az
Yaqub Mehdioğlu Salyan
Yaqub Mehdioğlu Salyan