Salyan rayonunda Azərbaycanda caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin xatirəsinə həsr olunan sərgi keçiriləcək.
Məşhur cazmen və bəstəkarın vəfatının 45-ci ildönümü münasibətilə “Caz rəsmlərdə” adlı yaradıcılıq sərgisi martın 15-də Salyan Dövlət Rəsm Qalereyasında təşkil olunacaq. Peşəkar, gənc və yeniyetmə rəssamların 30-dək əsərinin nümayiş olunacağı sərgi martın 30-dək davam edəcək. Təqdim olunan rəsm əsərlərində Azərbaycan cazından başqa, dünya caz ulduzlarının portretləri və caz kompozisiyaları da yer alacaq.
Yaqub Mehtioğlu Salıyan.
MM.az