Sən məndən uzaqsan,mən sənə yaxın
Sən getdin,səninçün titrədi ürək,
Bəlkə yazısıydı buda Allahın.
Əsdi ömrümüzdə amansız külək,
Görmədik həyatın bizdə vəfasın,
Sən məndən uzaqsan,mən sənə yaxın.
İllərdi köçmüsən fani dünyadan,
Mənə əzab verdi hər ötən zaman.
Apardı dünyadan səni yaradan,
Görmədik həyatın bizdə vəfasın,
Sən məndən uzaqsan,mən sənə yaxın.
Günbə-gün sən məndən uzaq olmusan,
Ancaq xatirəsən qəlbimdə varsan.
Şirin yuxularım ,şirin röyamsan,
Görmədik həyatın bizdə vəfasın,
Sən məndən uzaqsan,mən sənə yaxın.
İl ötür mən sənə yaxınlaşıram,
Hələdə sinəmdə göynəyir yaram.
Səni axtarsamda amma tapmıram,
Görmədik həyatın bizdə vəfasın,
Sən məndən uzaqsan,mən sənə yaxın.
Buda bir qismətdi yaşadıq belə,
Bülbül həsrət qaldı sevdiyi gülə,
Az qalıb gəlirəm sevgilim gözlə,
Görmədik həyatın bizdə vəfasın,
Sən məndən uzaqsan,mən sənə yaxın.
Vidadini çox sıxıbdı bu devran,
Hər an gözüm yolda qəlbim olub qan.
Bununçünmü gəlib dünyaya insan,
Görmədik həyatın bizdə vəfasın,
Sən məndən uzaqsan,mən sənə yaxın.

MuasirMedia.az
Vidadi Turan Ağdamlı.