Salyan şəhərindəki məscidlərin birində 150 ildən çox yaşı olan nadir çıraq saxlanılır.
Salyanın mərkəzində, Mirəşrəf Ağa məscidində saxlanılan qədim çıraq bu gün də təcüb doğurur.Tarixçilərin dediyinə görə Azərbaycanda yalnız iki belə çıraq olub ki, onlardan biri də Salyana gətizdirilib. Artıq 114 ildir ki, çıraq salyanlılar tərəfindən əziz xatirə kimi saxlanılır. Məscidin tikintisini aparan salyanlı xeyriyyəçi usta Hacı Tağıbəy olub ki, məhz tikili istifadəyə verildikdən sonra həmin çıraq məscidə bağışlanıb. Qış aylarında çırağı tros vasitəsilə aşağı çəkməklə ona ağ neft əlavə edilirmiş. Beləcə çıraq iki funksiya, həm işıqlandırma həm də isitmə funksiyalarını daşıyırmış. Çırağı neftlə doldurmaq və onun aşağı – yuxarı qaldırılması üçün xüsusi qaldırıcı mexanixzm də mövcud olub. Yalnız neftlə işləyən çırağın uzunluğu 1 metr, ağırlığı 70 kiloqramdır. Çıraq təxminən 20 litrə yaxın neft tutumuna malikdir. Təsüf ki, son dövrlərdə qədim neft çırağına olan biganəlik onun şüşəsinin qırılması və avadanlıqlarının sıradan çıxması ilə nəticələnib. Qeyd edək ki, bu cür tarixi əşyaları saxlamaq, qorumaq, gələcək nəsillərə ötürmək hər birimizin borcu olmalıdır. Axı çıraq həm də birlik rəmzidir. Yaqub Mehdioğlu Salyan

MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu Salyan
Yaqub Mehdioğlu Salyan