Hər il hazırlanan Dünya Xoşbəxtlik Hesabatının builki buraxılışı işıq üzü gördü… Finlandiya növbəti dəfə dünyanın ən xoşbəxt ölkəsi adını alarkən, Türkiyənin vəziyyəti üzə çıxdı.
Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə bu il 12-ci dəfə hazırlanan Dünya Xoşbəxtlik Hesabatı dərc edilib… 5,5 milyon əhalisi olan Finlandiya 7-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilərkən, Əfqanıstan yenidən sonuncu yerdə qərarlaşıb.
Mütəxəssislər 0 ilə 10 arasında bal sistemi olan ölkələrdə yaşayan insanların 3 illik orta xoşbəxtliyini hesablamağa çalışıb, həmçinin iqtisadi və sosial məlumatlardan istifadə ediblər. Finlandiya 10 baldan 7,74, Əfqanıstan isə 1,72 bal toplayıb.
Ötən il 106-cı yerdə olan Türkiyə bu il bir neçə pillə irəliləyib. Hazırlanan hesabatda Türkiyənin 4975 xalla 98-ci yerdə olduğu görülüb. Türkiyənin Konqo, İraq, Nepal və Laos kimi ölkələrdən geri qaldığı hesabatda Türkiyədən bir neçə yer aşağıda, müharibə və xaos kölgəsində yaşayan Fələstin və Ukraynadır.
TÜRKİYƏDƏ ƏN BƏDƏN TÜRK GƏNCLƏRİDİR
Bu il hesabatda ilk dəfə olaraq yaş qruplarına görə bölgü açıqlanıb… Litva 30 yaşdan aşağı insanlar üçün ən xoşbəxt ölkə olduğu halda, türk gəncləri 143 ölkə arasında 101-ci yerdə qərarlaşıb. Fələstinlilər türk gənclərindən düz aşağı olduğu halda, son illərdə ciddi ictimai və siyasi təzyiqlərə məruz qalan İran, Fil Dişi Sahili və Mərakeş kimi ölkələrin gəncləri Türkiyəni qabaqlayır.
60 və yuxarı yaşda olan insanların xoşbəxtlik dərəcələri də diqqət mərkəzində olub… Danimarka, Norveç, İsveç və İslandiya kimi ölkələrin ən yüksək yer aldığı siyahıda 60 və yuxarı yaşda olan Türkiyə vətəndaşları 92-ci yerdə qərarlaşıb. Konqo, Mozambik və İraq kimi ölkələrin yaşlıları Türkiyə vətəndaşlarını ötüb. Türkiyədən olan araşdırmaya qatılanların yaş bölgüsü də araşdırılıb… Araşdırmada Türkiyədə ən xoşbəxt insanlar 60 yaş və yuxarı şəxslər, ən bədbəxtlər isə gənclər olub.
Digər tərəfdən, Türkiyənin xoşbəxtlik dərəcələrinin 2006-2010-cu illərdən 2021-2023-cü ilə qədər azaldığı görüldü.
MUASİRMEDİA.AZ
TƏRCÜMƏ EDƏN GÜLƏR MİRXUBYAR QIZI