Rusiyanın paytaxtı Moskvadakı “Crocus City Hall”da kamuflyajlı naməlum şəxs avtomatdan atəş açıb. Hadisə “Piknik” qrupunun konserti başlamazdan əvvəl baş verib.
MM.AZ bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxs avtomatdan atəş açıb və fişənglər atıb. Qaçan insanlar yerdə ən azı beş nəfər olan yaralıları görüblər. KİV-in məlumatına görə, azı 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
Atəş açanların 3 nəfər olduğu da bildirilir. Hazırda binada yanğın var.