Cəlilabadlı müğənni Azərbaycanı “Avroviziya 2024”-də təmsil edəcək

Şou-biznes

Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) və müğənni İlkin Dövlətov təmsil edəcəklər.

 

Bununla bağlı İlkin Dövlətov öz sosial media hesabında “Avropa, gözlə, muğam gəlir”, – deyə bildirib.

 

Belə ki, o, beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnının muğam hissəsini ifa edəcək.

 

Qeyd edək ki, İlkin Dövlətov əslən Cəlilabad rayonunun Muğan kəndindəndir.

 

Xatırladaq ki, “Avroviziya 2024” bu il 7-11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.

MM.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir