Tanınmış qarmon ifaçısı vəfat etdi – FOTO

Mədəniyyət

Türkiyədə “Bekar gezelim” mahnısı ilə məşhurlaşan “Grup Laçin” musiqi qrupuna ağır itki üz verib.

90-cı illərə damğa vuran musiqi qrupunun üzvlərindən olan Şeref Baldemir dünyasını dəyişib.

Bu barədə qrupun solisti Serkan Çağrı məlumat yayıb.

O, Şerefin uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib:

“Grup Laçin”in üzvlərindən biri olan qarmon ifaçısı, dəyərli qardaşım Şərif Baldemiri itirdik. Təəssüf ki, o, 2,5 aya yaxın reanimasiyada qaldıqdan sonra həyat mübarizəsini dayandırdı”. MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir