Məşhur aktyor insult keçirdi

Şou-biznes

“Yeşilçam”ın ulduzu Kadir İnanır Beykozdakı evində pisləşərək xəstəxanaya yerləşdirilib.

Bu gün səhər saatlarında insult keçirən İnanırın huşsuz vəziyyətdə Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Sənətçinin beyin tomoqrafiyası və MRT-si çəkildikdən sonra müayinənin nəticələrinə görə müalicə olunacaq.

Qeyd edək ki, 2021-ci ilin sonu parkda gəzən zaman halı pisləşən Kadir İnanır xəstəxanaya çatdırılmışdı. Aktyorun qəfildən vəziyyətinin pisləşməsinə səbəb beyin damarında yaranan laxtalanma olmuşdu. Aktyorun bədəninin 80 faizinin iflic olma riski ilə qarşı-qarşıya qaldığı açıqlanmışdı.   MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir