Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall”da törədilən terror aktı zamanı həlak olan azərbaycanlı Vüqar Hüseynovun Rusiya vətəndaşlığı olub.
MUASİRMEDİA.AZ xəbər verir ki, mərhumun meyiti Krasnoqorsk meyitxanasındadır.
Qeyri-rəsmi məlumatlara görə, ölən şəxs “Crocus City Hall”un əməkdaşı olub, lakin bu məlumat hələlik təsdiqini tapmayıb.
“Crocus City” konsert zalında törədilən terror aktında ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.
Əldə edilən informasiyaya görə, terror aktı zamanı dünyasını dəyişən azərbaycanlı Vüqar Hüseynov həyat yoldaşı Lilit İsraelyanla konsertdə olub. Cütlük Vnukovo hava limanında işləyirdi.
Həyat yoldaşı da öldürülənlərin siyahısındadır. Onların bir yaş yarım övladı da var.
MUASİRMEDİA.AZ