Onların əvəzinə hesabı başqaları, o cümlədən mən GAVUR ödədim.

Cəmiyyət
 Həmkarımızın  maraqlı və marifləndirici yazısı ilə sosial şəbəkədə  raslaşdıq və istədik cəmiyyətimizdə bu yazı ilə tanış olsunlar.       

Deməli, bu yaxınlarda bayram tədbirindən çıxıb restorana getdik. 8 ildir ki, bu ənənəni saxlayırıq. Yəni ayda bir dəfə çəliliş və ya tədbirdən sonra komanda olaraq restoranların birində otururuq. Komandamızı bir ailə kimi qəbul etmişik. Hesabı da həmişə “alman hesabı” ödəyirik.

Amma budəfəki yığışmağımız bir az fərqli oldu. Aramıza yaxından tanımadıqlarımız da qoşulmuşdu. Yəni tədbirdə iştirak edənlər. Çoxu da müğənni idi. Onlar da öncədən hesabın necə odənəcəyindən xəbərdar oldular və razılaşdılar. Hamının “Hacı” deyə müraciət etdiyi, başında iri buxara papaq xanəndə mənimlə üz-üzə oturmuşdu. Zəng edib, külfətinin kişi cinsindən olanlarını da ora tökmüşdü. Tezdənnən ac-susuz olsaq da, onun oruclu olduğunu nəzərə alıb, xeyli gözlədik. Yəni, İftar vaxtını. Vaxt çatanda hamımız bir ağızdan “Allah qəbul eləsin!” dedik. Hələ mən bəzi dualları ərəb ləhcəsiylə ona ünvanladım. Xeyli xoşhal oldu. Yeyib doyandan sonra başladı bizi oruc tutmamaqda günahlandırmağa. Üz-üzə oturduğumuzdan çoxunu da mənə ünvanlayırdı. Dözmədim, dedim mən inanclı deyiləm. Gözlərini bərəldib, ağzındakını çeynəməyi dayandırdı. Bir dəstə göyərti ağzından sallaşa qaldı. Udquna-udquna “necə yəni?” soruşdu. “Mənim heç bir dini inancım yoxdur” dedim. “Müsəlman deyilsən?” bir də soruşdu. Çox qısa cavab verdim – yox! Əsəblə durub yerini dəyişdi. Əslində isə bunu mən etməliydim. Boş-boş, özünün də inanmadığı (bəlkə də inandığı) rəvayətləri danışıb, camaatın baş-beynini aparanda dəyişməliydim. Amma nəzakət xətrinə dözdüm, dəyişmədim. Nə isə.. Sonda hesab masaya gələndə telefonu qulağına qoyub çıxdı bayıra. Bir-iki dəqiqə keçməmiş özüylə gətirdiyi 4 nəfər də durub çıxdılar. Və bir daha qayıtmadılar. Onların əvəzinə hesabı başqaları, o cümlədən mən GAVUR ödədim.

Milli adət-ənənəmizin təmsilçisi

Ilhame Nasir

MUASİRMEDİA.AZ
GÜLLƏR BƏHRƏMOVA BAKI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir