Nazim Bəydəmirlinin həyat yoldaşı Farida Baydamirli yazır: Mən kimə zəng edim? Kimə müracət edim?”

ölkə
“Nazim Bəydəmirlinin istintaq müddətinin başa çatmasına çox az vaxt qalır.iş ilə baglı heç kimdən məlumat ala bilmirəm,hamı susur.müstəntiq telefonu açmır,vəkil telefonu açmır.
Səhəti ilə baglı müracətim effekt vermədi.əlimdə sadəcə 20 yə yaxın analiz cavabları var.analizlərin nəticəsinə görə Nazim yer planetinin ən saglam adamıdır.əgər bu qədər saglamdlrsa ədliyədən gələn həkim niyə xeyli müalicə təyin edib?
Nazim həkimin müalicəsindən imtina edib.mənim isə əlimdə dəqiq diaqnoz olmadıgı üçün dərman alıb göndərə bilmirəm.
Təyziqi normaya düşmür,oturaq halda gözü qaralır,huşunu itirmək dərəcəsinə çatır.
Nazimi günahsız yerə həbs edib 9 ay həbsdə saxlayanlar bunu yaxşı bilirlər.bunu bilə bilə həbs müddətini uzadacaqlar.Görünən odur öldürənə qədər azad etməyəcəklər.
Mən kimə zəng edim? Kimə müracət edim?”
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir