Elimdar Səfərov 1992-ci ilin 26 iyul günündə Yardımlı şəhərində anadan olub.
O, 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçüb .XTQ – nin əsgəri olmuş Elimdar Səfərov əsgərlik xidmətinin altıncı ayından elə sözügedən qüvvələrdə təlimlərə qatılaraq qalan ömrünü hərbiçi kimi davam etdirməyə qərar verir. Xüsusi kursları başa vurduqdan sonra gizir kimi hərbi xidmətini davam etdirən Elimdar Səfərov əsl kəşfiyyatçı olaraq tarix yazır. Silahdaşlarının sözlərinə görə o dəfələrlə ermənistan ərazisinə keçib. Hətda O, bir dəfə düşmən ərazisində olarkən kafelərin birində çay içib və stəkanın altına Azərbaycan pulu qoyaraq ərazidən uzaqlaşıb.. Gizir Elimdar Səfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.Aprelin 4-ü isə Elmidar Səfərov Neftçala rayonunun Aşağı Qaramanlı kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də iştirak edib..Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.Hazırda şəhidin adını qardaşı oğlu daşıyır. O da əmisi kimi əsgər olmasını istəyir.