Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb.. MUASİRMEDİA.AZ xəbər verir ki, məlumata görə, Şirvan sakini, 2023-cü il təvəllüdlü (25.06.2023) Rzayeva Səma Hacıbala qızı nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda ölüb. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi qeyd edilir. Uşağın boğulmasına səbəb kimi onun qida borusuna yad cisimin düşdüyü və ya pnevmaniyanın yaratdığı bəlğəmdən boğulduğu ehtimal olunur.. TƏBİB- dən verilən məlumata görə 2023-cü il təvəllüdlü uşaq (cinsi qadın) 30 mart saat 07:30 radələrində TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə ölü vəziyyətdə daxil olub. Faktla bağlı Şirvan prokuroluğunda araşdırma aparılır.
