Erməni-bolşevik birləşmələri bir çox bölgələrdəolduğu kimi Salyan qəzasında da dəhşətli qətliamlar törədiblər. Bu faciələrdə 2 mindən çox dinc sakin qətlə yetirilib, 14 türk əsgər və zabiti şəhid olub. Bakıda və respublikamızın bir çox bölgələrdə qanlı qırğınlar törədən erməni-bolşevik dəstələri 1918-ci ilin yazında Kür çayının aşağıhissəsini nəzarətdə saxlamaq üçün təpədən-dırnağadək silahlanmış, əsgərlərlə, hərbi sursatlaral dolu “Krasnovodsk”, “Yelets”, “İraq”.”Bakinets”, “Salyanets” və “Demosfen” adlı 6gəmi ilə Bakıdan Salyan qəzasınayola düşüblər. 4 ədəd topu, 14 ədəd pulemyotu və 900 nəfər əsgəri olan düşmən Xəzər dənizindən kür çayına keçərək Bankə qəsəbəsinə daxil olur. Təpədən-dırnağadək silhlanmış erməni-bolşevik birləşmələri çayın sağ-və sol sahilində yerləşənyaşayış məntəqələrini yandırmaqla yanaşı, əliyalın, dinc sakinləri qətlə yetirərək Salyanın Kürqaraqaşlı kəndinə kimi gəlib çatırlar. Bu zaman köməyə gəlmiş Qafqaz İslam Ordusunun zabiti Ömər paşanın və Ramazan paşanın dəstələri onlarınqarşısını kəsir. Tarixçi tədqiqatçı Sahib Həsənov deyir ki, erməni daşnaqların törətdiyi vəhşilik barədə faktlar çoxdur.Kürqaraqaşlı kəndi ərazisində gedən qanlı savaşda düşmənin “Demosfen” gəmisi atılan top mərmisi nəticəsində suya qərq edilir. Türk əsgərləri düşməni Salyan qəzasından çıxanadək təqib edir. Bu qanlı savaşlarda 2 mindən çox dincsakin erməni-bolşevik dəstələri tərəfindən qətlə yetirilib. 14 türk əsgər və zabiti isə şəhid olub. Onlardan 10 nəfəri Neftçalada, Ömər paşa olmaqla 4 nəfəri isə Salyanda dəfn olunub. Tarixçi, tədqiatçı Sahib Həsənov: “Aparılmış araşdırmalar deyir ki, Kür çayı boyunca 18 kəndə və bir az ətrafda olan kəndlərə də onlar soxulmuşlar… Uzunbabalı kəndinin bütün əhalisini ermənilər vəhşicəsinə öldürmüşlər. Qaralı kəndində Əsgərov adlı bir gəncdən köhnə bir aynalı tüfəng tapılmışdı. Bu tüfəngin tapılmasına görə ermənilər kənd əhalisini vəhşicəsinə öldürmüşdülər” . İndi şanlı tarix yazan türk əsgər və zabitlərinin məzarları yerli sakinlərin and yerinə çevrilib. Məzarları üzərində ucaldılmış kompleks abidə hər il mart soyqırımı zamanı anılır, üzərinə qərənfillər düzülməklə xatirələri dərin ehtiramla yad edilir.
MUASİRMEDİA.AZ Yaqub Mehdioğlu Neftçala – Salyan