TÜRKİYƏDƏ SEÇKİ: İstanbul, Ankara, İzmir… – Kimlər öndədir? (CANLI YAYIM) -YENİLƏNİR

Siyasət

Türkiyədə 31 martda keçirilən seçkilərdə səsvermə başa çatıb.

MUASİRMEDİA.AZ xəbər verir ki, Bakı vaxtilə saat 18.00-da bütün ölkə boyu keçirilən seçki yekunlaşıb.

Artıq səslərin sayılmasına başlanılıb.

İlkin məlumata görə, CHP gözlənilənlərin əksinə ötən seçkidən sonra ciddi toparlanıb. Belə ki, ana müxalifər partiyası hazırkı nəticələrə görə, İstanbul, Ankara, İzmir, Balikesir, Muğla, Antalya, Manisa və sair 36 iri şəhərləri qazanır.

Belə ki, Əkrəm İmamoğlu istanbuldan 49, 63. Onun rəqibi Murat Kurum isə 41,60 səs toplayıb.

Ankaradan isə Mənsur Yavaş AKP-li namizədə böyük üstünlüklə qalib gəlir – 57.07 qarşı 35.62.

İzmirdən də CHP-li namizəd Cəmil Tuğay 47.95 faiz səs yığıb, rəqibi AKP-li Həmzə Dağ isə 37.18 səslə onu izləyir

Onu da qeyd edək ki, bu seçkidə Nəcməddin Erbakanın oğlu Fatih Erbakan və partiyası – Yenidən Refah AKP seçicilərini “yeyib”. Hətta Şanlıurfanı AKP-dən almaq üzrədirlər…

Sayılan səslərə görə, Türkiyə üzrə CHP hələlik 39.44, Ərdoğanın lideri olduğu AKP isə 38.09 səs toplayıb.

Siyasi karyerası ziqzaqlarla dolu olan Meral Akşenerin lideri olduğu İYİ partiya isə gözlənldiyi ki uğursuzluqla üzləşib.

***

Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkilərində 32 şəhər üzrə səsvermə başa çatıb.

MUASİRMEDİA.AZ Türkiyə mətbuatına istinadla xəbər verir ki, 32 şəhərdə yerli vaxtla saat 07.00-da başlayıb və saat 16.00-da başa çatıb. Qalan 49 ş\əhərdə isə səsvermə saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Bel\əliklə, Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Antep, Giresun, Gümüşhane, Hakkari, Qars, Malatya, Maraş, Mardin, Muş, Ordu, Rize, Siirt, Sivas, Trabzon, Tunceli, Urfa, Van, Bayburt, Batman, Şırnak, Ardahan, İğdır və Kilisdə seçki məntəqələri bağlanıb.

İstanbul, Ankara və İzmir də daxil olmaqla digər 49 şəhərdə isə səsvermə hələ davam edir.

Xatırladaq ki, səsvermədə 61 milyon 441 min 882 seçici təxminən 208 min seçki qutusunda səs verir.

***

Bu gün Türkiyədə bələdiyyə seçkiləridir.

MM.AZ xəbər verir ki, əsas diqqət böyük şəhərlərə – İstanbul, ankara, İzmir, Konya, Bursa və digər şəhərlər yönəlib.

Bu şəhərlərdə əsas rəqabət hakim AKP ilə ana müxalifət partiyası olan CHP-nin namizədləri aarsında gedəcək

.MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir