Tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycandan vaxtilə məcburi köçürülən soydaşlarımız bu gün öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar. Onlardan biri də 80 yaşlı Qürbət Quliyevdir. 1950-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan, hazırda Salyan rayonun Şorsulu kəndində yaşayan Qürbət baba ilə həmsöhbət olduq. Qürbət Quliyev 1950-ci ilə qədər Qarabağlar rayonunun Kolanlı kəndində yaşayıb. Ermənilərin həmin ərazilərə köçürülməsindən sonra öz doğma yurdundan didərgin düşüb. Qürbət baba deyir ki, uşaqlığımın gözəl illəri doğma yurdunda keçib. 6 yaşında ata – baba yurdundan məcburi köçürülsə də, hələ də doğma kəndində keçən xoş günlərini unuda bilmədiyini, ölmədən öncə doğma ata-baba yurdunu görmək istədiyini arzulayır.Danışdıqca kövrələn Qürbət babanın bir arzusu var, iki yaşı olarkən itirdiyi anasının məzarını ziyarət etmək.Prezident İlham Əliyevin dediyi “Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar” bu sözlər bütün Qərbi azərbaycanlılar kimi bizdə də ruh yüksəkliyi yaradıb. Mən inanıram ki, həmin gün gələcək, biz böyük coşqu və həvəslə öz doğma torpaqlarımıza qayıdıb orada yaşayacağıq”. – deyə Qürbət baba bildirir.
