Ukrayna ordusu Rusiyanın Tatarıstan Muxtar Respublikasında İran PUA-larının (“Şahid”) yığıldığı zavodu vuru.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən (QUR) yeri mətbuata bildirilib.
“Bu, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatıdır. Rusiya hərbçilərinin “Geran-2” adlandırdıqları “Şahid” tipli pilotsuz kamikadze dronlarının yığıldığı zavoda hücum edilib. Zərbə nəticəsində istehsal obyektində ciddi dağıntı baş verib”, – məlumatda deyilir.
Bundan başqa, Tatarıstanın Nijnyokamsk şəhərindəki neft emalı zavodu PUA-larla vurulub.
MM.AZ