Bakıda kişinin intim videosunu gizli çəkərək onu şantaj edən 4 nəfər tutulub.
X.Qulamov (şərti ad) adlı vətəndaş Xəzər RPİ-yə müraciət edərək tanımadığı şəxslər tərəfindən hədələndiyini deyib.
O bildirib ki, bir müddət əvvəl paytaxt ərazisində qadınla tanış olub və həmin qadınla intim münasibətdə yaşayan zaman xəbəri olmadan videoları lentə alınıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bakı və Sumqayıt şəhər sakinləri, 1984-cü il təvəllüdlü Fəyaz Səlimov, 1986-cı il təvəllüdlü Əli Məmmədov və dəstənin daha 2 qadın üzvü saxlanılıblar.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
MM.AZ