Rusiyada faciə yaşandı: Ölənlər var + VİDEO

Dünya

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su anbarı tamamilə dağılıb.

 

MM.AZ  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aktübinsk su anbarından axan suyun da həcmi artıb.

Eyni zamanda Orenburqun yaxınlığındakı Çelyabinsk vilayətinin 4 rayonunda və Trotski şəhər dairəsində də daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib.

 

 

 

11:10
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su anbarının daşması nəticəsində 3 nəfər ölüb, 2400-dən artıq yaşayış evi və 3065 həyətyanı ərazi su altında qalıb.

Bu barədə regional hökumətin mətbuat xidmətindən bildirilib.

Orsk şəhərinin meri Vasili Kozupitsa deyib ki, aprelin 6-da Ural çayının səviyyəsi normadan artıq qalxaraq 9,27 metr təşkil edib.

Məlumata görə, subasmaların 2 həftəyədək davam edəcəyi gözlənilir.

Vurğulanıb ki, Orenburqa martın sonunda leysan yağıb. Ona görə də aprelin 4-də bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

 

 

 

 

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir