Qohumların mübahisəsi güllələnmə ilə bitdi

Kriminal

Cəlilabadın Mikayıllı kəndində yaxın qohumlar arasında baş verən inisdent güllələnmə hadisəsi ilə başa çatıb.

Belə ki, bu kəndin sakinləri Cavid Abdiyev və onun qohumu Məhəmməd Abdullayev mal-qaranın həyətyani sahəyə keçməsinə görə mübahisə ediblər. Cavid Abdullayev bu barədə öz qohumuna irad bildirib. Mübahisə gecə saatlarında yenidən davam edib. Kəndin dərə hissəsində 21.00 radələrində qarşı-qarşıya gələn qohumların yeni mübahisəsi Cavidin hər iki ayağından ov tüfəngi ilə yaralanması ilə başa çatıb. Nəticədə Cavid Abdiyev hər iki ayaq nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Cavid Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən qohumu Məhəmməd Abdullayev polis orqanları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı müvafiq orqanların araşdırması davam etdirilir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir