Azərbaycanlı qadın həyat yoldaşı tərəfindən vəhşicəsinə QƏTİLƏ YETİRİLDİ

Kriminal

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib.

Məlumatı “Mash на Мойке” teleqram kanalı yayıb.

Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib. Qətldə şübhəli bilinən ər artıq saxlanılıb.

Qeyd olunur ki, 42 yaşlı Araz hadisədən 2 ay əvvəl də həyat yoldaşını boğmağa cəhd edib. Qadının bu zaman qaçaraq polisə məlumat verdiyi deyilir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir