Sabirabat rayonunda dəhşətli yol qəzası

Hadisə

Sabirabadda avtomobilin yoldan çıxaraq dərəyə aşması sürücünün ölümünə səbəb olub.
  MM.AZ xəbər verir ki,Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-nəqliyyat hadisəsi rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.Sürücü 28 yaşlı Sabir Məmmədov hərəkətdə olan zaman minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.Qəza nəticəsində hadisə yerində keçinib.Avtomobildə olan Şəhriyar kənd sakini 32 yaşlı Dostu İsmayılova isə müxtəlif dərəcəli xəsarətlər alaraq.ı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir