Dünya tarixçiləri tərəfindən Şərqin Napoleonu, ikinci Makedoniyalı İsgəndəri adlandırılan,Çingizxanla müqayisə olunan qüdrətli və böyük sərkərdə, Əfşarlar İmperiyasının qurucusu, Asiyanın sonuncu fatehi olan azərbaycanlı – Nadir şah.
Nadir Şah Əfşarın qurduğu Azərbaycan dövləti olan Əfşarlar İmperiyası (ərazisi 4 milyon kv km yaxın) tariximizdəki ən böyük Azərbaycan dövləti idi (1747). Nadir Şah Əfqanıstanı və Hindistanı da fəth etmiş, özündən əvvəlki Azərbaycan dövləti olan Səfəvilərin ərazisindən də böyük əraziləri birləşdirmiş, hətta Rus və Osmanlı İmperiyasını belə Azərbaycandan çıxarmışdı. Ruslar Nadir şahdan sonra 70 il Xəzəryanı ərazilərə, Azərbaycana yürüş etməkdən çəkinmişdilər. Napoleon isə Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləmiş, özünü ikinci Nadir adlandırmışdı.
Azərbaycanlıların daim fəxr edəcəyi bu böyük şəxsiyyətin məzarı Məşhəd şəhərindədir.
Şəkil: Nadir Şahın 1728-ci ildə çəkilmiş nadir portreti. Əsər ABŞ-ın Braun universitetinin arxivindəndir.
MuasirMedia.az
MuasirMedia.az
GULLƏR MIRXUBYAR QIZI