Hadisə onu aşağıdan çəkən fotoqrafı pərt etdi – FOTO

Şou-biznes

Türkiyənin məşhur müğənnisi Hadisə ötən gün Kiprdə konsert verib.

MM.Az bildirir ki, qısa geyimdə rəqs edən müğənninin alt paltarı görünüb.
Həmin anları fotoqraflar lentə almaq istəyiblər. Bu əsnada Hadisə fotoqraflara qəribə reaksiya verib.

“Hamı yuxarıdan çəkir, siz isə aşağıdan. Gedib yazacaqsınız ki, orası göründü, burası göründü, selluiti var. Belə şeylər hələ də qalıb? Bu “frikik” sayılmır, alt paltarı deyil, bikinidir”, – Hadisə fotoqraflara etiraz edib.

Bir neçə gün əvvəl Kiprdə konsert verən müğənni Hadisənin rəqsi gündəm olub.

Səhnə kostyumları ilə hər zaman diqqət mərkəzində olmağı bacaran ulduz bu dəfə də ənənəsinə sadiq qalıb. Qısa ağ libasda səhnəyə çıxan ulduz obrazını qara korset və uzunboğaz çəkmələrlə tamamlayıb. Hadisənin kişi rəqqaslarla sosial mediada yayılan rəqsi tənqid edilib.

Bəziləri onun çıxışını bəyənsə də, bəziləri bu hərəkətlərinin estetik görünmədiyin deyibler.

 

Məqaləyə dair fotomateriallar:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir