Dəftərçə….
Anamın 1967-68-ci illərdə yazmağa başladığı gündəliyi oxuyuram, sadə, yetim bir kənd qızının bu qədər mədəni, savadlı, uzaqgörən, qayğıkeş, dözümlü, səmimi, müdrik, öz üzərində çalışan, məğrur, humanist olması məni heyran edir.
Hər vərəqdə ibrətamiz kəlamlar, tövsiyələr.
Oxuduqca gözlərim dolub boşalır, kaş çoxdan oxuyardım, kaş bu yazdıqlarını əvvəldən biləydim və heç vaxt səhv buraxmayaydım deyirəm. Nə qədər qürur duyulası anam olub. Təəssüf ki, biz bunu yaşlaşanda daha yaxşı və dərindən anlayırıq. Bir övlad kimi bu cür ananın qızı olmaq özü bir xoşbəxtlikdir. Kaş sözü peşimançılıq əlamətidir və olmuş bir hadisənin bir daha təkrar olmayacağını təsdiqləyir. Ancaq yenə də kaş anam, o gözəl qəlbli insan, mənim ilk müəllimim sağ olaydı və mən yenidən dünyaya gələrək onun istəklərini həyata keçirə biləydim, onu hər zaman xoşbəxt etməyə qadir olaydım.

biləydim, onu hər zaman xoşbəxt etməyə qadir olaydım.

MUASİRMEDİA.AZ
GÜLLƏR MİRXUBYAR QIZI BAKI.
GÜLLƏR MİRXUBYAR QIZI BAKI.