Səmayə xanim əslən Ağdamdandır.
O, altı il coğrafiya müəlliməsi kimi fəaliyyət göstərib, həmişə hərb sahəsinə marağı olub, qardaşı da hərbçidir, müharibə iştirakçısıdır.
Səmayə xanim 2023-cü ilin noyabrında Bakıda ANAMA, Avropa İttifaqı (Aİ), BMTİP və digər qurumların yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilmiş mərasimdə sertifikat alan 18 yeni təlim keçmiş minatəmizləyən qadından biridir. Mina Məsləhət Qrupunun (MAG) beynəlxalq ekspertləri tərəfindən keçirilmiş nəzəri və praktiki təlimlər sayəsində qadın minatəmizləyənlərdən ibarət ilk qrup minaların və partlamamış hərbi sursatların tanınması, aşkarlanması və işarələnməsi üçün əsas bilik, bacarıq və tələb olunan davranış, habelə ilk yardımın göstərilməsi qaydalarına yiyələnib.