Məqsəd Cümhuriyyətin ömrünü bir neçə saat uzatmaq olub

Tarix
Qürur duyulası tarixi günlərdən biri də məhz bu gündür.
Təsəvvür edirsiniz ki, 350 Cümhuriyyət əsgəri Yalama stansiyasında təpədən dırnağa kimi silahlanan 70 minlik rus ordusunun qarşısına çıxıb onlarla döyüşür. Hamısı da şəhid olur. Məqsəd Cümhuriyyətin ömrünü bir neçə saat uzatmaq olub.
 Əslində Yalama stansiyasının keşiyini çəkən Cümhuriyyət əsgərlərinin seçimi var: Düşmənə təslim olmaq. Nə ordunun sayı, nə texnika, nə də başqa hərbi təchizat baxımından saylar bərabər deyil. Amma Cümhuriyyət əsgərləri nəinki geri çəkilmir, sonuncu dəfə Cümhuriyyətin şərəfi uğrunda döyüşə girir. Döyüş cəmi 2 saat çəkir. 350 Cümhuriyyət əsgəri döyüşdə şəhid olmaqla 2 saatlıq da olsa Cümhuriyyətin ömrünü uzadırlar.
Allah rəhmət eləsin.!

MÜASİRMEDİA.AZ 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir