Şəhid Gizir Babək Vaqif oğlu Abışovun doğum günüdür

HƏRBİ
1994-cü il aprelin 25-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub.
Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Babək Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Abışov oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub.
“Vətən uğrunda” medalı ilə təltif edildi.
“Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir