Əkram Abdullayev döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur

HƏRBİ
Əkram Abdullayev 21 fevral 1998-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində anadan olmuşdur.
2016-ci ildə şəhid Murad Muradov adına Qarakazımlı kənd tam orta məktəbi bitirmişdir.
2017-2019-cu illərdə N saylı hərbi hissədə xidmət etmişdir. 2019-cu ildə yenidən Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə MAHHXHQ əsgər kimi xidmət etməyə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Əkram Abdullayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 29 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

ALLAH RƏHMƏT ELƏSİN!

  MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir