İndoneziyada Ruanq vulkanının yenidən püskürməsi bölgədə təşviş yaradıb.
İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi (PVMBG) tərəfindən verilən açıqlamada, vulkanın lava və kül püskürdüyü və həyəcan səviyyəsinin 3-dən 4-ə yüksəldildiyi bildirilib.
Partlayışdan sonra ştatın Sam Ratulanqi Beynəlxalq Hava Limanında bütün uçuşlar dayandırılıb. Bildirilib ki, hava limanı sabah günorta saatlarına qədər bağlı qalacaq.
MM.AZ