“Narkomanlığa qarşı mübarizədə problemlər var” – Fazil Novruzov

ölkə

“Media o qədər vacib sahədir ki, dövlət mediaya çox ciddi önəm verir. Ona görə də narkomanlığa qarşı mübarizədə medianın rolu əhəmiyyətlidir və bu işdə qarşılıqlı işləməliyik”.

Bunu Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov “Narkomanlığa qarşı mübarizədə Mediadan düzgün istifadə” mövzusunda keçirilən Forumda qeyd edib.

Onun sözlərinə görə narkomanlığa qarşı mübarizə sahəsi ümumdövlət məsələsidir:

“Bu sahədə demək olmaz ki, hər şey əladır. Təbii ki, narkomanlığa qarşı mübarizədə iş gedir. Amma bu sahədə problemlər var və hələ də qalır”.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir