Ərəblərin adəti belə idi ki, hər kəs ailəsini özü ilə gətirsəydi, mənası budur ki, mən müharibəyə gəlməmişəm.
Əgər bir kəs qılıncsız və silahsız ailəsini özü ilə aparırsa, mənası budur ki, mən müharibə etmək fikrində deyiləm. İmam Hüseyn(ə) qadınları, qızları və südəmər körpəni özü ilə aparmaqla bildirirdi ki, mənim heç kəslə müharibə etmək fikrim yoxdur. Sadəcə öz vəzifəmi yerinə yetirirəm və Peyğəmbərin (s) ümmətini başa salım. Camaata bildirmək istəyirəm ki, mən Yezidə heç vaxt beyət etməyəcəyəm. Çünki onun beyət olunmağa heç bir səlahiyyəti çatmır. İmam Hüseyn(ə) camaatı haqqa dəvət edib, onları haqqla tanış etmək istəyirdi. Əgər onun müharibə etmək fikri olsaydı, özü ilə çoxlu silah- sursat və qoşun götürərdi. Buna görə də Həzrət (ə) öz ailəsini aparmaqla bildirirdi ki, mənim müharibə etmək fikrim yoxdur. İmam Hüseyn (ə) bəzi hərəkətlərində də bu məsələyə işarə etdi. O cümlədən altıaylıq körpəni meydana aparıb su istəyərkən atından düşüb, qılıncqalxanını və döyüş paltarını çıxartı. Peyğəmbərin (s) əmmaməsini başına qoyub əbasını çiyninə saldı. Həmçinin Peyğəmbərin (s) əsasını götürüb uşağı qucağına alaraq dəvənin üstündə meydana gəldi. Həzrət (ə) bu əməli ilə bir daha bildirdi ki, müharibəyə gəlməmişəm. Əgər mən müharibəyə gəlsəydim, atla, silahla gələrdim. Həzrət (ə) bu hərəkəti ilə düşməni ayıltmaq istəyirdi. Onun bu hərəkəti camaatın ruhuna təsir etdi. Tarixdə də bu hərəkətlər öz təsirini göstərib.