“Avroviziya”nın ikinci yarımfinalı BAŞLADI – CANLI

Şou-biznes

İsveçin Malmö şəhərində sayca 68-ci nüfuzlu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

16 Avropa ölkəsini təmsil edən ifaçılar finala çıxmaq üçün mübarizə aparır.

Onlar Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Belçika, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marinodur.

Qeyd edək ki, musiqili yarışmanın finalı mayın 11-də keçiriləcək. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

Ölkəmizi müsabiqədə Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətöv “Özünlə apar” mahnısı ilə təmsil etsələrdə finala vəsiqə qazana bilməyiblər.

 

 

MUASİR.MEDİA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir