Ermənilər özlərini unudub, gözlərini “ümidlə” Türkiyəyə dikiblər – SƏBƏB

Siyasət

Türkiyə mediasının xəbərində deyildiyi kimi, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə dövlət çevrilişi təhlükəsi ilə bağlı məlumatların ortaya çıxmasından sonra təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə fövqəladə toplantı keçirib.

Türkiyə KİV-i əlavə edir ki, bu günlərdə kütləvi reydlər keçirilib, onun çərçivəsində güc strukturlarının əməkdaşları işdən çıxarılıb. Hazırda bu xəbər sosial şəbəkələrin erməni seqmentində sevinclə paylaşılır. Və onlar elə güman edir ki, 45 illik dövlətçilik təcrübəsi olan bir siyasətçini xarici təxribatçı dairələr yerindən silkələyə bilər.

Ermənistanın nüfuzlu nəşri olan “Hraparak”ın “ƏRDOĞANI TAXTDAN SALIRLAR?” başlıqlı məqaləsindən ilhamlanan ermənilər hələ dəqiq bir məlumat , fakt olmadığı bir ərəfədə sevinclərinə sevinc qatmaqdadırlar. Onlar inanırlar ki, Ərdoğanın “əmri ilə gündəlik iş planı tutan” Ermənistan baş naziri N.Paşinyan da tezliklə kürsüsündən gedəcək.

P.S. Ermənilər Türkiyədəki prezident seçkiləri zamanı da çox böyük ümidlə R.T.Ərdoğanın seçilməyəcəyini, ermənipərəst liderlərin seçiləcəyini gözləyirdi. İndi də ümid etməkdə davam edirlər. Amma ümid sonda ölər. Gözləməkdən əvvəl özünüz, sonra da ümidləriniz ölsün.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir