Çünki Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq bir ton üçün 649 dollara yüksəlib. Mövcud qiymət son 15 ildə ən yüksək göstərici kimi dəyərləndirilir.
İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, düyü ixracında əsas pay sahibi olan ölkələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar məhsuldarlığın xeyli aşağı düşməsi qiymətlərə mənfi təsir edən əsas amillərdən biridir. Dünya bazarının 40 faizini düyü ilə təmin edən Hindistanın ötən il ixraca qoyduğu məhdudiyyətin davam etməsi də qiymətlərə təsirsiz ötüşmür.
Ekspertin bildirir ki, qiymətlər dəyişdiyinə görə daxili bazarda yenidən bahalaşma olacağı proqnozlaşdırılır. Bu ilin ilk 3 ayında ölkəyə dəyəri 20 min dollardan çox 20 min tona yaxın düyü idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə düyü idxalında 14 % faizə yaxın azalma olsa da, məhsulun dəyəri 3.8 faiz artıb.
Ekspert əlavə edib ki, düyünün qiymətində ən yüksək artım ilin əvvəlində müşahidə edilib.MM.AZ