Dünya əhəmiyyətli unikal müalicəvi kurort olan Naftalan gündən-günə inkişaf edərək müxtəlif xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın, həmçinin xarici ölkədən gələnlərin ən müasir tələblər səviyyəsində sağlamlığı keşiyində durur.
Dünya şöhrətli kurort şəhərinə çevrilən Naftalan haqqında müsbət fikir yaradan sağlamlıq müəssisələrindən biri də “Nur” Naftalan Sağlamlıq Mərkəzidir. İstirahət və müalicə üçün “Nur”a gələnlər hələ müalicə prosedudlarına başlamamış elə ilk dəqiqələrdən texniki heyətin qayğısı ilə əhatə olunurlar. “Nur” Naftalan Sağlamlıq Mərkəzində çalışanlar sanki mehriban münasibətləri ilə insanlrın qəlbinə nur ələyərək onlarda vətəndaş məmnunluğu yaradırlar.“Nur” Naftalan Sağlamlıq Mərkəzində özəl sektorun, sahibkarlığın inkişafı ilə əlaqədar görülən tədbirlər, həyata keçirilən konkret işlər diqqəti cəlb edir. Respublikamızda azad sahibkarlığın, özəl sektorun sürətli inkişafı üçün yaradılan hər cür şəraitin uğurlu nəticələrini “Nur” Naftalan Mərkəzində görmək mümkündür. İldən-ilə tərəqqisi ilə diqqəti cəlb edən “Nur” Naftalan Sağlamlıq Mərkəzində yüksək zövq və səliqə ilə tikilmiş, müasir standartlara tam cavab verən yaşayış və müalicə otaqları, yeməkxana, ərazidə salınmış yaşıllıq, göz oxşayan güllər adamda xoş duyğular yaradır, bura qədəm basan hər kəsdə xoş təəssürat doğurur. Fərəh doğurucu haldır ki, xarici ölkələrdən gələnlər də bu inkişafı yüksək qiymətləndirirlər. “Nur” Naftalan Mərkəzindəki sümük-əzələ sistemi, periferik sümük və damar, dəri, xroniki prostatitlər və başqa xəstəliklərin uğurlu müalicəsi üçün naftalan nefti tətbiq olunur, həmçinin burada parafinlə müalicə, masaj, fizioterapiya otaqları fəaliyyət göstərir. Amplipuls, darsanval, elektrofarez, fonofarez, inqalyasiya, işıq vannası, keratin, kvars, maqnitoterapiya, massaj, parafin və s. kimi prosedurlar bu şəfa ocağına pənah gətirənlərin müalicəsində önəmli rol oynayır. Bütün bunlarla yanaşı həkim və xidməti personal heyətinin peşəkarlığı, yüksək qayğıkeşliyi, keyfiyətli qida, sanitar-gigiyenik qaydalara əməl olunması, asudə vaxtlarda əyləncə tədbirləri də müalicə işinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. “Nur” Naftalan Mərkəzində fizioterapiya şöbəsində çalışan işçilərin əməyini xüsusi olaraq qeyd etmək istərdim. Burada çalışan gülərüz, mehriban Azərbaycan xanımlarının qayğısı, pasiyentlərin hər müraciətinə “can dayı”, “can baba”, “can nənə”, “can xala” kəlmələri ilə cavab vermələri və son dərəcə həssaslıqla xidmət göstərmələri insanda sanki öz doğmalarının əhatəsində olması təəssüratını yaradır. Bütün bunlar məhz Azərbaycanımıza xas olan milli keyfiyyətlər olaraq qürurvericidir. “Nur” Naftalan Sağlamlıq Mərkəzində istirahət edənlərdən biri olaraq yüksək qayğı, insanda xoş ovqat yaradan münasibət üçün həkim və xidməti heyətə minnətdarlığımı bildirir, onlara vətəndaşlarımızın xoş istirahəti və müalicəsi üçün yaxın gələcəyə planlaşdırdıqları işlərdə uğurlar diləyirəm.

MUASİRMEDİA.AZ
Hikmət Xudiyev (Cəmilzadə),
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik