Rəisinin dəfn tarixi və yeri dəqiqləşdirildi

Dünya

“İran Prezidenti İbrahim Rəisinin dəfn mərasimi mayın 23-də ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək”.

 MM.AZ xəbər verir ki, bu barədə respublikanın vitse-prezidenti, prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn mərasiminin təşkili komitəsinin rəhbəri təyin edilən Möhsün Mənsuri məlumat verib.

“Ayətullah Rəisinin dəfn mərasimi cümə axşamı, axşam saatlarında İmam Rza məqbərəsində keçiriləcək”,- deyə o, IRIB TV-yə açıqlamasında deyib.

Mənsuri əlavə edib ki, İmam Rzanın məqbərəsi şiələrin əsas ziyarətgahlarından biri və Rəisinin doğma şəhəri Məşhəddə yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir