Birinci Qarabağ müharibəsi şəhidi Rza Əmrullayev Şabran Şəhidlər Xiyabanında dəfn edilib – FOTO/VİDEO

HƏRBİ

Birinci Qarabağ müharibəsində – 1994-cü ildə Kəlbəcərdə itkin düşmüş Rza Qəzənfər oğlu Əmrullayevin cənazəsi də 30 ildən sonra doğma rayonuna gətirilib.

MUASİRMEDİA.AZ xəbər verir ki, ailə üzvləri, yaxınları ilə vida mərasimindən sonra şəhid Rza Əmrullayev Şabran Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidin xatirəsinə 3 dəfə yaylım atəşi açılıb. Rza Əmrullayevin bacısı Ədilə Xalıqova Bizim.Media-ya müsahibəsində qardaşının 32 yaşında könüllü olaraq cəbhəyə yollandığını deyib.

Rza Əmrullayevin həyat yoldaşı Nəzakət Əmrullayeva onun 3 qızını böyüdüb boya – başa çatdırdığını bildirərək, şəhidin qalıqlarının tapılmasında zəhməti olan dövlət orqanı nümayəndələrinə təşəkkürlərini bildirib.
Şəhidin cənazəsinə bükülmüş Azərbaycan bayrağı bacısına təqdim edilib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir