Cəlilabadda cərəyan 11 yaşlı qızın həyatına son qoydu

Hadisə

Cəlilabadən Günəşli kəndində bədbəxt hadisə baş verib. Həyətdəki tut ağacına çıxan kənd sakini, 2013-cü il təvəllüdlü Niftiyeva Zəhra Saleh qızı ağaca sarılı elektrik xəttinə toxunub.
Xəttin müəyyən hissələrinin açıq olmasını bilməyən qızı şiddətli cəryan vurub və o, ağacdan aşağı düşüb. Yaxınları və hadisədən xəbər tutanlar əvvəlcə ilkin yardım kimi cansız olan qızın torpağa basdırılması ilə onun bədənindəki cəryanı boşaltmağa çalışıblar. Bu nəticə verməyəndə isə qız Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada isə onun artıq öldüyü həkimlər tərəfindən təsdiq edilib. Qeyd edək ki, Niftiyevlər ailəsində 4 uşaq olub. Dünyasını dəyişən qız onların ilk övladı imiş. Hazırda müvafiq orqanlar hadisənin araşdırmasını davam etdirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir