Yevlax Şəhər İcra Hakimiyyəti: “Sözügedən məlumat tam yalnış və əsassız məlumatdır”

ölkə

MM.AZ xəbər verir ki, son günlər sosial şəbəkələrdə gündəm olan Yevlax sakini Bəhram Sultanov ona məxsus olan torpağın (obyektin) Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən onun əlindən qeyri-qanuni şəkildə alınması ilə bağlı Yevlax şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısında paylaşdığı videomüraciət (şikayət) ölkə ictimaiyyəti ilə bərabər rayon ictimaiyyəti arasında da geniş müzakirəyə səbəb olub. Belə ki, rayon sakinləri arasında gəzən bəzi qeyri-dəqiq məlumatlara görə guya sözügedən görüntülər və şikayətlə bağlı Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Bakıya çağrılıb.


Sözügedən faktın nə dərəcədə həqiqətə uyğun olub-olmaması ilə bağlı dəqiqləşdirmə aparmaq və eyni zamanda Yevlax ictimaiyyətində sözügedən faktla bağlı gəzən məlumatlara aydınlıq gətirmək məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə xanım Əzizova ilə əlaqə saxladıq.

Yevlax Şəhər İcra Hakimiyyəti: "Sözügedən məlumat tam yalnış və əsassız məlumatdır"
Məsələ ilə bağlı sualımızı qısa olaraq cavablandıran Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə xanım Əzizova. bildirdi ki: “Yevlax rayon ictimaiyyətində gəzən sözügedən məlumat “tam yalnış və əsassız məlumatdır”.

MM.AZ  saytı olaraq məlumat üçün diqqətə çatdırırıq ki, rəsmi məlumat olmadan həqiqəti əks etdirməyən məlumatları yaymaq və bu kimi məlumatları insanlar arasında qərəzli formada təbliğ etmək arzu olunan deyil!

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir